Friday, 3 April 2015

Anamız ömrümüzdür

Ədəbiyyatımızda ana mövzusu, ananın müqəddəsliyinin tərənnümü həmişə böyük yer tutub.Aşağı siniflərdə M.Şəhriyarın “Mənim anam”, M.Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” , H.Arifin “ Analar” ,Əli Kərimin “Qaytar ana borcunu “ , Ç.Aytmatovun “ Manqurt” əsərlərindəki ana obrazları ilə  tanış olmuşuq.  ”Ana”  əsəri ilə sadalanan digər əsərləri müqayisə etdik. C. Cabbarlı bütün övladların ürək sözlərini bu şeirin ölməz misralarında əbədiləşdirmişdir. Analarımızın öz övladlarını həmişə zirvədə görmək arzusu təbiidir. Lakin övladın anadan uca olması mümkün deyil. Ona görə də lirik qəhrəman yalnız ananın qarşısında səcdə edir, ona qul olmağı özünə fəxr bilir.Məhz şairin də niyyəti budur. Ana zirvəsi fəth edilməzdir. Əsəri bənd-bənd, misra-misra oxuyub məcazın müxtəlif növlərini də müəyyənləşdirdik. Şeirdəki mübaliğələri, bədii təzadlar, təşbehlər, metaforalar, inversiyalar şeirin bədii təsir gücünü daha da artırmışdır. Aydın oldu ki, “Ana” şeiri əruz vəzninin müctəs bəhrindədər


No comments:

Post a Comment