Friday, 3 April 2015

Anamız ömrümüzdür

Ədəbiyyatımızda ana mövzusu, ananın müqəddəsliyinin tərənnümü həmişə böyük yer tutub.Aşağı siniflərdə M.Şəhriyarın “Mənim anam”, M.Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” , H.Arifin “ Analar” ,Əli Kərimin “Qaytar ana borcunu “ , Ç.Aytmatovun “ Manqurt” əsərlərindəki ana obrazları ilə  tanış olmuşuq.  ”Ana”  əsəri ilə sadalanan digər əsərləri müqayisə etdik. C. Cabbarlı bütün övladların ürək sözlərini bu şeirin ölməz misralarında əbədiləşdirmişdir. Analarımızın öz övladlarını həmişə zirvədə görmək arzusu təbiidir. Lakin övladın anadan uca olması mümkün deyil. Ona görə də lirik qəhrəman yalnız ananın qarşısında səcdə edir, ona qul olmağı özünə fəxr bilir.Məhz şairin də niyyəti budur. Ana zirvəsi fəth edilməzdir. Əsəri bənd-bənd, misra-misra oxuyub məcazın müxtəlif növlərini də müəyyənləşdirdik. Şeirdəki mübaliğələri, bədii təzadlar, təşbehlər, metaforalar, inversiyalar şeirin bədii təsir gücünü daha da artırmışdır. Aydın oldu ki, “Ana” şeiri əruz vəzninin müctəs bəhrindədər


Anamızı sevək


Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün "Vicdan", "Yağışdan sonra", " problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən

Ana müqəddəsdir


Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.                                                                                                                                                                                                    


Bir gözel,bir sevimli ogul böyütdü anaO bed,ugursuz günü-erinin öldüyünü bildirmedi heç ona.Kederi dalga-dalga doldusa da üreye,Lakin ne saç yolaraq verdi esen küleye,Ne şiven etdi ana.Ureyinde aglayıb,gülmek öyretdi ona.Dözerek davanın da derdine, bəlasınaÖz bogazından kesib yedirdi balasına.Bir ogul böyütdü ki,gur catmaqaş,gensineBir ogul böyütdü ki,ogul deyirem sene.Atlını atdan salıb küleklerle ötüşür,Baxışından qızların üreyine od düşür.Bir ogul böyütdü ki,ogul mekteb bitirdiOgul ali məktəbə qızıl medalla girdi

Cənnət anaların ayaqları altındadır

Cəfər Cab110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur[2]. Ailəsi1903-cü ildə Bakıya köçərək şəhərin "Dağbarlı 1899-cu il martın 20-də Bakının lı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1904-ci ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,                                                                Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdə




Ana ən uca zirvədir

Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar. Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca müqəddəs bir varlıq kimi vəsf olunub. Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır". Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır: "Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı, Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası namaz üstə imiş".


"Kitabi-Dədə Qorqud"dan başlamış Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn şair və yazıçıların yaradıcılığında ana mövzusu xüsusi yer tutub. Əfzələddin Xaqani anasının tərifini olduqca mənalı və təsirli qələmə alıb: "Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti". Məhz ananın duaları ilə iqbalının güldüyünü dilə gətirən böyük şair çox inamla, qüdrətlə bəyan edib: "Mən bütün qüvvətli düşmənlərimin yolunu ona görə kəsə bildim ki, zəif bir qarıdan (anasını nəzərdə tuturdu) qolum güc almışdı". Nizami Gəncəvinin də mərdlər yetirən, igidlər bəsləyən, Nüşabələr doğan analar haqqında söylədiyi bir fikir 800 ildən artıqdır ki, dillər əzbərinə çevrilib: "Aslanın erkəyi, dişisi olmaz". Mirzə Ələkbər Sabir də həmişə böyük ustalıqla təsdiqləyirdi ki, elmli ananın övladı kamil olar. Məmmədhüseyn Şəhriyar isə söyləyirdi ki, "...biz min aləmin yaradıcısı olsaq da, bizim hər birimizi ana yaratmış". Söz ustadlarından biri Nigar Rəfibəyli - özü də sevimli ana olan bu şairə-qadın ana-bala məhəbbətini dünyanın arzuları, insanlığın baharı adlandırırdı. Hətta elə şeirlər var ki, sanki nəsillər arasında bir körpü vasitəsidir. Bu səbəbdən də dillər əzbərinə çevrilib. Yazıldığı şəraitdən asılı olmayaraq mövzusuna görə qəlblərdə ayrıca yer tutub. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tutan "Ana" şeiri illərdir ki, dilimizin əzbərinə çevrilib. Müəllifin söylədiyi kimi, cahanda elə bir qüvvə həqiqətən, yoxdur ki, insan ömrü boyu onun qarşısında təzim etsin.